XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

28 Avqust 2019 - 13:55

Malayziyanın sabiq baş nazirinin məhkəməsi başlayıb- 547 milyon dolları mənimsəməkdə ittiham olunur

Avqustun 28-də Malayziya Ali Məhkəməsi sabiq Baş Nazir Nacib Razakın 1MDB dövlət investisiya fondundan mənimsəmələrlə bağlı cinayət işinin baxılmasına başlayıb.

Azərtac Bernama agentliyinə istinadla xəbər verir ki, N.Razak 547 milyon dollar məbləğində vəsaiti mənimsəməkdə ittiham olunur.

Malayziya Baş prokurorunun böyük köməkçisi Qopal Ram N.Razaka ünvanlanan ittihamı oxuyub. O, vəzifəsindən sui-istifadə edərək fondun külli miqdarda vəsaitini oğurlamaqda və çirkli pulların yuyulmasında ittiham etdirilir.

Əvvəllər girov müqabilində azadlığa buraxılan müttəhim isə ona qarşı irəli sürülən ittihamların heç biri ilə razılaşmayaraq, bütün prosesin siyasi oyun olduğunu deyib.

Prosesin birinci günündə altı şahidin dindiriləcəyi gözlənilir. Ümumilikdə isə məhkəməyə 60-dan çox şahidin dəvət ediləcəyi bildirilir.

N.Razaka qarşı irəli sürülən ittihamların bir neçəsinə görə onun 20 ilədək həbs ediləcəyi gözlənilir. Malayziyada digər ölkələrdən fərqli olaraq, hər bir cinayət işi üzrə ümumilikdə bir hökmün deyil, ayrı-ayrılıqda hökmlərin qəbulu sistemi mövcuddur. Bundan əlavə, vurulan zərər müqabilində beşqat cərimə ödənişi də nəzərdə tutulur.