XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

24 Yanvar 2016 - 05:57

ABŞ-da 9500 aviareys [color=red]ləğv edildi

ABŞ-ın Şərq hissəsində qar fırtınası səbəbindən 9500 aviareys ləğv edilib.

Azertag.az Associated Press agentliyinə istinadla xəbər verir ki, şənbə və bazar günlərinə nəzərdə tutulan aviareyslər təxirə salınıb. Sinoptiklər məhz istirahət günləri havanın daha da kəskinləşəcəyini bildiriblər. Karolina və Corciya ştatlarından Nyu-Yorka qədər hər yerdə fövqəladə vəziyyət elan edilib. İnsanlara nəqliyyat vasitələrindən istifadə etməmək tövsiyə olunur.