Səudiyyə Ərəbistanı Krallığının Müdafiə nazirinin müavini Xalid bin Salman bin Əbdül Əzizin başçılıq etdiyi nümayəndə heyəti ABŞ-a səfər edib.
Azərtac Səudiyyə Ərəbistanı Dövlət İnformasiya Agentliyinə (SPA) istinadla xəbər verir ki, ABŞ-a səfər çərçivəsində nazir müavini ikitərəfli əlaqələr, regionda təhlükəsizliyin və sabitliyin qorunub saxlanmasına kömək edən qarşılıqlı maraq doğuran məsələlər barədə müzakirələrin aparılması üçün Birləşmiş Ştatların bir sıra rəsmi şəxsləri ilə görüşəcək.