XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

28 Avqust 2019 - 16:01

Həsən Ruhani:"İran qonşu ölkələrin potensialından istifadə etməlidir"

İran dost, qonşu və müsəlman ölkələrin potensialından öz milli mənafeyinin xeyrinə istifadə etməlidir.

Trend-in məlumatına görə, bunu İran Prezidenti Həsən Ruhani Nazirlər Kabinetinin iclasında deyib.

H.Ruhaninin sözlərinə görə, bununla İran problemləri azalda bilər.

Prezident əlavə edib ki, İranın bir neçə ölkə istisna olmaqla, bütün ölkələrlə anlaşma və əlaqələri var.

H.Ruhani deyib ki, ixracın artması, elm və texnologiyanın inkişaf etməsi İranın dünya ölkələri ilə yaxşı əlaqələrinin olduğunu əks etdirir.