XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

28 Avqust 2019 - 17:04

Kiyev məhkəməsi rusiyalı jurnalist haqda qərar çıxardı

Hazırda Ukraynada dövlətə xəyanət ittihamıyla həbsdə olan rusiyalı jurnalist Kiril Vişinski başqa yerə getməməyə dair iltizamla azadlığa buraxıla bilər.

Bu barədə Kiyev apellyasiya Məhkəməsi avqustun 28-də qərar çıxarıb.

Qərarda deyilir ki, jurnalist yaşayış yerini dəyişməsi barədə məlumat verməli, iş üzrə şahidlərlə istənilən təmasdan qaçmalıdır. Ondan elektron bilərzik taxması da tələb olunmayacaq.

Rusiyanın RIA Novosti dövlət xəbər agentliyinin Ukrayna ofisinin rəhbəri olan Vişinsk 2018-ci ilin mayında həbs olunub, təqsiri sübuta yetirilsə 15 ilədək həbsə məhkum edilə bilər.

Kiyev RIA Novosti-nin Ukrayna bölümünü Rusiyanın Ukraynaya qarşı “hibrid informasiya müharibəsi”ndə iştirakda suçlayır.

Saxlanan vaxt ikili Rusiya-Ukrayna vətəndaşlığı olan Vişinski Rusiyadan maliyyə dəstəyi almaqda, bunu Ukraynada qeydiyyatdan keçmiş digər media şirkətləri vasitəsilə gerçəkləşdirməkdə ittiham olunub. İttihama görə, o, RIA Novosti Ukrayna ilə Rusiyanın digər media nəhəngi Russia Today arasında əlaqələri ört-basdır etmək istəyib.

Saxlanandan bir neçə həftə sonra Vişinski Ukrayna vətəndaşlığından imtina etdiyini açıqladı, həbsini “siyasi sifariş” adlandırdı. O, belə bir ehtimal səsləndirdi ki, həbsinin arxasında Rusiyada saxlanmış bir ukraynalıya dəyişdirilmək ehtimalı dura bilər.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova “Qovorit Moskva” radiostansiyasına deyib ki, Vişinskinin buraxılması “jurnalist üçün ədalətin təmin olunması yolunda ilk addımdır”.

Rusiyanın Ombudsmanı Tatyana Moskalkova Moskvada jurnalistlərə bildirib ki, məhkəmənin qərarını “siyasi əsasları olmayan ədalətli qərar” sayır. (azadliq.org)