XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

28 Avqust 2019 - 18:13

Leyboristlər Partiyasının sədri Kraliçaya məktub yazıb- Britaniya parlamentinin işinin dayandırılması ilə bağlı

Böyük Britaniyanın Leyboristlər Partiyasının rəhbəri Ceremi Korbin Kraliça Elizabetə məktub yazıb.

Məktubda C.Korbin Baş Nazir Boris Consonun planı ilə bağlı narahatlığını bildirib. O, digər xüsusi məsləhətçilərlə birlikdə Kraliça ilə görüşməyi xahiş edib. Vurğulayıb ki, parlamentin işinin dayandırılması məqbul deyil və demokratiyamıza xələl gətirir.

Qeyd edək ki, Böyük Britaniyanın Baş Naziri Boris Conson parlamentin fəaliyyətinin oktyabrın 14-nə qədər dayandırıldığını bildirib(azərtac).