XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

28 Avqust 2019 - 19:55

Kraliça II Yelizaveta Boris Consonun planını təsdiqləyib- Parlamentin səlahiyyətlərinin dayandırılması ilə bağlı

Böyük Britaniya kraliçası II Yelizaveta Baş nazir Boris Consonun parlamentin səlahiyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı planını təsdiqləyib.

APA xəbər verir ki, bu barədə Böyük Britaniya mətbuatı məlumat yayıb.

Plana əsasən, parlamentin fəaliyyəti sentyabrın 9-dan tez olmayaraq və sentyabrın 12-dən gec olmayaraq oktyabrın 14-dək dayandırılacaq.

Qeyd edək ki, bu gün Böyük Britaniyanın Baş naziri Boris Conson parlamentin səlahiyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı planını təklif edib. Şotlandiyanın birinci naziri Nikola Stercen Boris Consonun planını “diktatura” adlandırıb.