XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

28 Avqust 2019 - 20:54

Vladimir Marey:"Belarus ilə Türkiyə arasında hər hansı fikir ayrılığı yoxdur"

Belarus ilə Türkiyə arasında beynəlxalq, regional və ikitərəfli əməkdaşlıqda hər hansı fikir ayrılığı yoxdur.

Azərtac BELTA-ya istinadla xəbər verir ki, bu fikri türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə Minskdə keçirdiyi brifinqdə Belarusun Xarici İşlər naziri Vladimir Marey söyləyib. Nazir bildirib ki, Belarus və Türkiyə tədricən iqtisadi əməkdaşlığın daha inkişaf etmiş formasına – sənaye korporasiyasına keçəcək.

“Belarusda Türkiyə sərmayəsi ilə təxminən 140 müəssisə fəaliyyət göstərir. Bu il iyulun 1-nə olan statistikaya görə, Belarus iqtisadiyyatına qoyulan türk sərmayələrinin həcmi 800 milyon dolları keçib. Lakin biz ticarət dövriyyəsini daha da artırmaq niyyətindəyik və bununla bağlı intensiv görüşlər, müzakirələr davam etdiriləcək”, – deyə V.Marey əlavə edib.