XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 January 2016 - 08:32

İstanbul-Bakı aviareysi [color=red]təxirə düşdü

"Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar yanvarın 24-ə təyin edilmiş İstanbul-Bakı reysini təxirə salıb.

Bu barədə trend.az-a Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.

Təyyarə yerli vaxtla İstanbuldan saat 06:10-də uçmalı idi.

Məlumata görə, Bakıdan saat 07:55-də uçmalı olan təyyarə saat 08:04-də havaya qalxıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından verilən məlumata görə, yanvarın 24-nə təyin edilmiş digər İstanbul-Bakı və Bakı-İstanbul reysləri cədvəl üzrə həyata keçiriləcək.

Qeyd edək ki, son günlər "Türkiyə Hava Yolları" aviaşirkəti əlverişsiz hava şəraiti ilə əlaqədar onlarla reysi təxirə salıb.