XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

29 Avqust 2019 - 10:23

Tramp:"Ukraynaya ayrılan hərbi yardıma yenidən baxılmalıdır"

ABŞ prezidenti Donald Tramp Ukraynaya ayrılan hərbi yardıma yenidən baxılması haqqında göstəriş verib.

Bu barədə “Politico” qəzeti Ağ Evdəki yüksək vəzifəli mənbəyə istinadən bildirib.

ABŞ lideri rəsmi Kiyevin ayrılan pulları Vaşinqtonun maraqları nöqteyi-nəzərindən xərclənməsini istəyir.

Vəsaitlər onların taleyi müəyyən edilməyincə dondurulacaq. Məsələsini ABŞ-ın müdafiə naziri Mark Esper və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton araşdıracaq.

Bu maliyyə ilində Vaşinqtonun Ukraynaya hərbi yardımı 250 milyon dollar civarında müəyyənləşdirilib.   /Oxu.az