XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

29 Avqust 2019 - 14:05

Amerikalı general:"Əfqanıstandan qoşunları çıxarmaqdan danışmaq tezdir"

Əfqanıstandakı sülhməramlı qoşunların birləşmiş qərargah rəisi, amerikalı general Cozef Dunford bəyan edib ki, ABŞ qoşunlarının bu ölkənin ərazisindən çıxarılmasından danışmaq tezdir. 

ToloNews saytı xəbər verir ki, o, əfqan hərbçilərinin hələ müttəfiq qoşunlarının köməyi olmadan ölkədə təhlükəsizliyi təmin etmək gücündə olmadığını da əlavə edib.

Geral Dunford qeyd edib: “Mən hazırda qoşunların çıxarılması kəlməsini işlətmək istəmirəm. Hesab edirəm ki, əfqanıstanlılar hələ ölkədə təhlükəsizliyin təmin edilməsində bizim köməyimizə ehtiyac duyurlar”.

Siyasi analitiklər diqqətə çatdırırlar ki, generalın bu bəyanatı ABŞ və “Taliban” hərəkatı liderlərinin Qətərin paytaxtı Dohada apardıqları doqquzgünlük danışıqlar zamanı səsləndirilib.

“Taliban”ın sözçüsü Suhail Şahin bildirib ki, danışıqlar hələ başa çatmayıb və avqustun 29-da davam etdiriləcək.

Birləşmiş Ştatların əfqan hərbçilərinin təlimi və silahlı qruplaşmalarla mübarizə məqsədilə Əfqanıstanda 14 minlik qoşun kontingenti var. Prezident Donald Tramp onun geri çağırılması tərəfdarıdır, lakin Pentaqonun generalları bunun əleyhinə çıxırlar. Onlar bildirirlər ki, terrorçularla mübarizə aparmaq və əfqan hərbçilərinə təlim keçmək üçün ABŞ əsgərlərinin bu ölkədə qalması vacibdir/Azərtac.