XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

29 Avqust 2019 - 14:35

Nazarbayev nüvə dövlətlərinin başçılarına səsləndi:"Hazırkı vəziyyət bəşəriyyəti xaosa sürükləyə bilər”

Qazaxıstanın birinci prezidenti, elbası (elbaşı) rütbəsi sahibi Nursultan Nazarbayev nüvə dövlətlərinin başçılarına müraciət edərək, ölkə paytaxtı Nur-Sultanda görüşüb beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə etməyə çağırıb.

“Khabar 24” xəbər verir ki, Beynəlxalq Nüvə Sınaqlarına Qarşı Həmrəylik Günü münasibətilə Nur-Sultanda keçirilən “Nüvə silahsız dünya və qlobal təhlükəsizlik uğrunda” Nazarbayev sülh mükafatının təqdimetmə mərasimindəki nitqi zamanı N.Nazarbayev tarixin dərslərinə baxmayaraq, bu gün nüvə dövlətləri arasında yenidən gərginliyin və etimad əksikliyinin baş qaldırdığını dilə gətirib.

“Dünyadakı nüvə silahlarının 90 faizinə sahib olan ABŞ ilə Rusiya arasındakı geosiyasi böhran ciddi fəsadlar törədir. Tərəflərin başladığı və fəzaya da genişləndirilən gərgin silahlanmanın yeni texnoloji mərhələsi böyük narahatlıq doğurur. Qazaxıstanın da iştirak etdiyi Orta və Qısa Mənzilli Raketlərin Ləğvi Sazişi tam olaraq ortadan qaldırılıb” – deyən elbası bu gün nüvə silahlarına malik doqquz dövlətin heç biri nüvə proqramlarını dayandırmaq barədə düşünmədiyini qeyd edib: “Dünya miqyasında davakarlığın artdığı, qarşılıqlı etimadın azaldığı bir vaxtda bu problemlərin hər biri bəşəriyyəti xaosa sürükləyə bilər”.

Sadalananları əsas gətirən N.Nazarbayev nüvə dövlətlərinin başçılarını bəşəriyyətin gələcəyi barədə dialoqa başlamağa səsləyib:

“Artıq nüvə silahlarına söykənən strateji təhlükəsizliklə bağlı köhnəlmiş konsepsiyadan əl çəkmək zərurəti yaranıb. Nüvə silahları üzərində yeni nəzarət sistemi yaradılmalıdır. Beləliklə, ümumdünya nüvə silahlarının ixtisarı müqaviləsini hazırlamaq üçün danışıqlara başlamaq vacibdir” – deyən Qazaxıstanın birinci dövlət başçısı nüvə sınaqları poliqonlarının infrastrukturunu yox etmək barədə müvafiq dövlətlər qarşısında məsələ də qaldırıb/Report.