XƏBƏR LENTİ

25 May 2020
24 May 2020

Digər Xəbərlər

29 Avqust 2019 - 19:07

MDB ölkələri islahatlarda böyük irəliləyişə nail olub –Hesabat

MDB ölkələrinin son illərdə islahatların həyata keçirilməsində xeyli irəliləyişə nail olmaları oradakı dövlət təsisatlarının səmərəliyini daha yüksək qiymətləndirilməsinə gətirib çıxarıb.

“Report” “Moody’s Investors Service” Beynəlxalq Reytinq Agentliyinin hesabatına istinadən xəbər verir ki, 2014-2016-cı illərin hadisələri, habelə daxili və xarici təhdidlər MDB ölkələrində böhran hallarının qarşısını almaq üçün dövlət idarəçiliyini təkmilləşdirməklə daha səmərəli fəaliyyətinə nail olmaqla yönələn bir sıra dövlət təşəbbüslərin ortaya çıxmasını şərtləndirib.

Bununla belə, MDB ölkələrindəki korrupsiya, qanunun aliliyinin zəifliyi, sovet sistemindən tam əl çəkilməməsi ucbatından dövlət təsisatlarının keyfiyyətcə başqa inkişaf etməkdə olan ölkələrə nisbətən geri qaldığı qeyd olunur.

“Bir sıra ölkələrdə islahatların davamını gözləyirik, başqa ölkələrdə isə daxili və xarici təhdidlər azaldıqca iqtisadi islahatlara meylin zəiflədiyi nəzərə çarpır”, – deyən Agentliyinin vitse-prezidenti Evan Uolmann korrupsiyaya nəzarət, qanunun aliliyi kimi amillərdə özünü ifadə edən təsisat mühitinin keyfiyyətinin də MDB ölkələrində aşağı olduğu üçün həmin ölkələrdəki təsisat dayanıqlığı və iqtisadi potensialı yüksək qiymətləndirməyə mane olduğunu qeyd edib. Belə ki, dövlət idarəçiliyi daha səmərəli hala gətirən islahatlar təsisat mühitinin keyfiyyətini lazımınca yaxşılaşdıra bilmədiyi bildirilir.

“Moody’s”in fikrincə, Özbəkistan və Ukraynada islahatlar qarşısında həyata keçirməklə bağlı çətinliklər, Qırğız Respublikası və Moldovada daxili siyasətlə bağlı əngəllər, Qazaxıstan və Azərbaycanda da iqtisadiyyatın 2014-2016-cı illərin böhranından dirçəldiyi üçün islahatlara meylin zəifləməsi durur.