XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

30 Avqust 2019 - 11:09

Avropa nazirləri nüvə sazişini müzakirə edir

Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirləri İranla 2015-ci ildə imzalanmış nüvə sazişinin qorunması üzrə danışıqlar aparırlar.

Birləşmiş Ştatlar ötən il bu sazişdən çıxaraq Tehrana sanksiyaları bərpa edib.

Avqustun 30-da Finlandiyanın paytaxtı Helsinkidə keçirilən görüşə Avropa Birliyinin xarici siyasət rəhbəri Federica Mogerini də qoşulacaq.

Tərəflər Fars körfəzində gəmiçiliyin təhlükəsizliyini də götür-qoy edəcəklər.

Bu üç Avropa ölkəsi, eləcə də Rusiya və Çin nüvə sazişini, İran iqtisadiyyatını ABŞ sanksiyalarından qorumağa çalışırlar.

Son vaxtlar strateji Hörmüz boğazında gərginlik artıb. Səbəb İranın Qərb tankerlərini saxlamağa yönəlik hərəkətləridir. Bundan öncə isə İranın tanker Cəbbərültariqdə saxlanmışdı, bu ayın ortasında buraxıldı. (azadliq.org)