XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

30 Avqust 2019 - 14:07

Kiyevlə Moskva məhbus mübadiləsi üzrə danışıq aparır

Ukrayna Prezidenti Vladimir Zelenskinin ofisindən verilən məlumata görə, Kiyevlə Moskva məhbus mübadiləsi üzrə danışıqlar aparır.

“Saxlanmış şəxslərin qarşılıqlı azad olunması prosesi davam edir. Onun bitməsiylə bağlı informasiya həqiqətə uyğun deyil. Artıq ilk dəfə deyil informasiya xaosuyla üzləşirik”, – Zelenskinin ofisində bildiriblər.

SBU təhlükəsizlik xidmətində də danışıqların davam etdiyini bildiriblər. “Məhbus mübadiləsi üzrə mürəkkəb proses davam edir. Səbirli olun, ümid edirəm, çox çəkməyəcək”, – SBU-nun mətbuat katibi Elena Qitlyanskaya deyib.

Milli təhlükəsizlik və müdafiə şurasının katibi Aleksandr Danilyuk deyib ki, məhbus dəyiş-düyüşünə “ümid edir”. “Bu baş verəndə şərh verəcəyik. Gəlin, faktı gözləyək”, – Danilyuk Kiyev aeroportuna yığışmış jurnalistlərə deyib.

Mübadilə çərçivəsində buraxılmalı olan dənizçilərdən birinin qohumu Kiyevə çatmamış geri qayıtdıqlarını deyib. “Biz emosiyalara təslim olub Kiyevə cumduq. Ukrayna ombudsmanın ofisindən bizə dedilər ki, rəsmi zəngi gözləyək”, – dənizçilərdən birinin atası “Krım.Realii” saytına deyib.

“İnterfaks” isə Moskvadakı mənbəyə istinadla xəbər verir ki, Rusiya və Ukrayna arasında mübadilə hələlik, başlamayıb. (azadliq.org)