İran hökuməti Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə hücum edənləri məsuliyyətə cəlb edib.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, səfirliyə hücum edən 100 nəfər həbs olunub. Bu barədə İran Baş prokurorunun sözçüsü Hüseyn Mohseni məlumat verib.
Xatırladaq ki, səfirliyə hücum yanvarın 3-də – şiə din xadimi Nimr əl-Nimrin Səudiyyə krallığında edam edilməsindən sonra olmuşdu. Hücumçular səfirliyin binasına od vurmuşdular.
İnsidentdən sonra Ər-Riyad Tehranla diplomatik əlaqələrə son verdi.