XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

30 Avqust 2019 - 23:18

Gürcüstanda kəskin hava şəraiti gözlənilir –Əhaliyə xəbərdarlıq edilib

Gürcüstanda hava şəraiti kəskin dəyişəcək, Qara dəniz sahillərində qasırğa olacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan Ətraf Mühit Milli Agentliyi xəbərdarlıq yayıb.

Məlumatda deyilir ki, avqustun 30-31-də ölkə ərazisində güclü yağışlar yağacaq, bəzi bölgələrdə dolu düşəcək, güclü külək əsəcək. Qara dənizin Gürcüstan sahillərində 4-5 ballıq qasırğa gözlənilir. Sahilboyu qırmızı fənərlər yandırılıb, dənizə girmək qadağandır.

Məlumat verilir ki, güclü leysan nəticəsində çaylarda suyun səviyyəsi qalxacaq, torpaq sürüşməsi təhlükəsi var.