Hindistanda təxminən 2 milyon insan Assam ştatı hakimiyyətinin tərtib etdiyi Milli vətəndaşlıq reyestrinə daxil edilməyib.
Azərtac France-Presse agentliyinə istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına əsasən, bu insanlar Hindistan vətəndaşlığından məhrum edilə və ölkədən çıxarıla bilər.
Eyni zamanda, reyestrə Assam ştatının 31,1 milyon sakini daxil edilib. Adları reyestrə düşən insanlar 1971-ci il martın 24-dək ştatda yaşadıqlarını və Banqladeşdən gələn qanunsuz mühacir olmadıqlarını sübut edə biliblər.
NDTV telekanalının məlumatına əsasən, ştatda mümkün etirazlar səbəbindən təhlükəsizlik tədbirləri gücləndirilib.