XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

31 Avqust 2019 - 13:33

Beynəlxalq Atom Enerjisi Agentliyi:"İranın uran ehtiyatları icazə verilən həddi ötüb"

Nüvə razılaşmasından qismən imtina edən İran artıq uran ehtiyatı üzrə icazə verilən yuxarı həddi keçib.

Azərtac xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Atom Enerjisi Agentliyinin İranla bağlı hesabatında öz əksini tapıb. Almaniyanın dpa agentliyinin yaydığı məlumatda göstərilir ki, hazırda İranın aşağı dərəcədə zənginləşdirilmiş uran ehtiyatları 241,6 kiloqrama çatıb. Bu isə təxminən 357 kiloqram uran-heksafluoridə (UF6) bərabərdir. İranın nüvə proqramına dair beynəlxalq razılaşmada onun yuxarı həddi 300 kq olaraq müəyyən edilmişdi. Eyni zamanda, hesabatda uranın 4,5 faiz zənginləşdirilməsi də qeyd edilib (razılaşmaya əsasən, yuxarı hədd 3,67 faizdir).

Məlumatda, həmçinin o da qeyd edilib ki, İran tərəfi iki həftə bundan əvvəl 370 kiloqramadək aşağı dərəcəli zənginləşdirilmiş urana malikdir.

Qeyd edək ki, ötən il ABŞ beynəlxalq razılaşmanı birtərəfli qaydada tərk edərək İrana qarşı yeni sanksiyalar tətbiq etdikdən sonra İran tərəfi bu razılaşmanın öhdəliklərinə əməl etməkdən imtina edib.