XƏBƏR LENTİ

16 Yanvar 2021
15 Yanvar 2021

Digər Xəbərlər

31 Avqust 2019 - 21:03

Tunisin müvəqqəti prezidenti fövqəladə vəziyyət rejimini uzadıb

Tunisin müvəqqəti prezidenti Məhəmməd əl-Nasir avqustun 30-da ölkə daxilində fövqəladə vəziyyət rejiminin 31 dekabr 2019-cu ilədək uzadılmasını nəzərdə tutan fərman imzalayıb.

Trend-in məlumatına görə, bu barədə “Business News” informasiya portalı bildirib.

Bildirilir ki, Tunisdə fövqəladə vəziyyət 24 noyabr 2015-ci ildə, paytaxtın mərkəzində, daxili işlər və turizm nazirliklərinin binaları yaxınlığında terror aktı törədildiyi zaman tətbiq edilib. Prezident mühafizəçiləri olan bir avtobusa intiharçı hücumu nəticəsində 13 nəfər ölüb, daha 20 nəfər yaralanıb.

Hücumun məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürüb.