XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

31 Avqust 2019 - 21:35

Fransada silahlı şəxslər ətrafdakılara hücum edib- Ölən və xəsarət alanlar var

Fransada soyuq silahla silahlanmış iki naməlum şəxs ətrafdan keçənlərə hücum edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə BFM telekanalı məlumat yayıb.

Məlumata görə, hadisə ölkənin mərkəzi hissəsində, Vilyubern şəhərində, (Leon şəhəri yaxınlığında -red) baş verib. Hücum zamanı 1 nəfər öldürülüb, daha 6 nəfər xəsarət alıb.

Qeyd edilir ki, silahlılardan biri polis tərəfindən saxlanılıb. Hücumda iştirak etmiş ikinci cinayətkarın axtarışı davam etdirilir.