XƏBƏR LENTİ

04 İyun 2020
03 İyun 2020

Digər Xəbərlər

31 Avqust 2019 - 22:51

İran və Rusiya Xəzərdə müştərək hərbi təlimlər keçirəcək- Açıqlama

Yaxın günlərdə İran və Rusiya Xəzər dənizində müştərək hərbi təlimlər keçirəcək.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyn Xanzadə deyib.

O bildirib ki, 4 gün davam edəcək təlimlər İranın ərazi sularında keçiriləcək: “Xəzər dənizinin təhlükəsizliyi Xəzəryanı ölkələr tərəfindən təmin olunmalıdır. Digər ölkələr bu dənizdə yeri yoxdur. İran və digər Xəzəryanı dövlətlər arasında hərbi əməkdaşlığın genişlənməsi haqqında danışıqlar aparılır”.

Təlimlərə hərbi gəmilərlə yanaşı, helikopterlər də cəlb olunacaq.

Qeyd edək ki, Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin komandanlıqları arasında növbəti görüş sentyabr ayında Rusiyada olacaq.