XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2019 - 10:00

Honkonq metrosunda iğtişaş:40 nəfər saxlanılıb

Honkonq polisi metrodakı iğtişaşların 40 iştirakçısını saxlayıb.

Bu barədə idarənin nümayəndəsinə istinadən RTHK bildirib.

Qeyd edilir ki, hüquq-mühafizə orqanlarının nümayəndələri aqressiv nümayişçilərə qarşı dəyənək və gözyaşardıcı qaz tətbiq ediblər.

“Polisin işinə mane olmaqda, qanunsuz yığıncaqlar və maddi zərər vurulmasında şübhəli bilinən 40 nəfər saxlanılıb. Hüquq-mühafizə orqanlarının bəzi nümayəndələri qarışıqlıqların iştirakçılarına qarşı dəyənək və gözyaşardıcı qaz tətbiq ediblər”, – deyə xəbərdə bildirilir.

Dünən isə xəbər verilib ki, Honkonqun SentralAdmiralti rayonlarında polislər su şırnaqları ilə etirazçıları dağıtmağa çalışır. /Report