XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2019 - 12:20

Ştaynmayerdən İkinci Dünya müharibəsinin cinayətləri ilə bağlı etiraf:“Biz tariximizin verdiyi məsuliyyəti qəbul edirik”

AFR prezidenti Frank-Valter Ştaynmayer Almaniyanın İkinci Dünya müharibəsinin cinayətlərinə görə məsuliyyəti öz üzərinə götürdüyünü bildirib.

Alman dövlətinin lideri bu bəyanatı Polşanın Velyun şəhərində İkinci Dünya müharibəsinin başlanmasının 80-ci ildönümünə həsr olunmuş xatirə tədbirlərində çıxışı zamanı səsləndirib.

Ştaynmayerin sözlərinə görə, almanlar Polşada soyqırıma yol veriblər.

O qeyd edib ki, tarixin bu hissəsini unutmaq olmaz.

“Biz tariximizin verdiyi məsuliyyəti qəbul edirik”, – deyə Ştaynmayer öz nitqində bildirib. /Oxu.az