XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

01 Sentyabr 2019 - 18:04

Belarus Rusiya neftinin nəqli üçün tarifi artırıb- 3,7 faiz

Belarus ərazisindən Rusiya neftinin nəqli üçün tarifi artırıb.

APA-nın BELTA agentliyinə istinadən verdiyi məlumata görə, bu gündən tarif 3,7 faiz artırılıb.

Belarus bu addıma keyfiyyətsiz neftin nəqli ilə əlaqədar yaranmış qalmaqalla bağlı nəzərdə tutulan kompensasiya kimi baxır. Tərkibində xlorun miqdarının artması ilə əlaqədar Polşa, Almaniya, Çexiya və Macarıstandakı neft emalı zavodları Rusiya neftinin qəbulundan imtina edib və nəticədə bu ilin ikinci rübündə Belarus ərazisindən nəql edilən Rusiya neftinin həcmi azalıb.

Qeyd edək ki, bu ilin aprelində “Dostluq” neft kəmərində qəza baş verib, xam neftin tərkibində xlorun miqdarı əhəmiyyətli dərəcədə artıb. Neft kəmərinin çirklənməsi ilə əlaqədar neftin nəqli dayandırılıb. Xarici şirkətlərin tələb etdiyi kompensasiya milyard dollarlarla qiymətləndirilir.