XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

01 Sentyabr 2019 - 21:40

“Air Canada” aviaşirkətinin təyyarəsi Yaponiyaya təcili eniş edib –Səbəb

Kanadanın “Air Canada” aviaşirkətinə məxsus olan təyyarə Yaponiyanın Naritaya hava limanında təcili eniş edib.

Bu barədə “Kyodo” agentliyi bildirib.

Məlumata əsasən, Kanada aviaşirkətinə aid Boeing 787 Şanxaydan Vankuver istiqamətində yola düşüb. Lakin təyyarənin ön şüşəsində bir çat əmələ gəlib.

Nəticədə ekipaj Yaponiyaya təcili eniş etmək qərarına gəlib. Təyyarənin göyərtəsində olan 299 sərnişinin və ekipajın heç birinin xəsarət almadığı qeyd olunur. /Trend