XƏBƏR LENTİ

01 Noyabr 2020
31 Oktyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2019 - 08:50

FTB:"Texasda 7 nəfəri öldürən şəxsin terrorçularla əlaqəsi olmayıb"

ABŞ-ın Texas ştatında silahlı insident törədən şəxsin terror təşkilatları ilə heç bir əlaqəsi yoxdur.

Bu barədə “Chicago Tribune” portalı Federal Təhqiqatlar Bürosunun nümayəndəsi Krostofer Kombsa istinadən məlumat yayıb.

Onun sözlərinə görə, faciənin araşdırılması davam edir. FTB cinayətkarın terror təşkilatları ilə əlaqəsinin olmadığını hesab edir.

Qeyd edək ki, ötən gün 36 yaşlı Set Etor adlı şəxs Midlend şəhərində polis avtomobilini saxlayaraq polis işçisinə atəş açıb. Daha sonra poçt avtomobilini qaçıraraq Odessa şəhərində ticarət mərkəzinə gedib və orada insanlara atəş açıb. Son məlumata görə, 7 nəfər silahlı insidentin qurbanı olub. (APA)