XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2019 - 14:29

““Boeing 737 Max”ların istismarı ilin sonunadək təxirə salına bilər”- KİV

“Boeing 737 Max” təyyarələrinin istismarının bərpası “Boeing” ilə beynəlxalq hava nəqliyyatı idarəçiləri arasında avqust ayındakı görüş zamanı yaranan ixtilaf üzündən bu ilin sonuna, hətta Yeni İl bayramının sonunadək təxirə salına bilər.

ABŞ Administrasiyasındakı və pilotların həmkarlar ittifaqındakı mənbələrə görə, ABŞ, Braziliya, Avropa ölkələri hava nəqliyyatı qurumları görüş zamanı adıçəkilən təyyarələrdəki kompüter sisteminin və proqram təminatının yeniləndirilməsinə dair məlumat vermədiyinə görə “Boeing” şirkətinə narazılıqlarını bildiriblər. Belə ki, mövcud qaydaya görə həmin proqram təminatı ABŞ Federal Aviasiya Administrasiyası (FAA) tərəfindən də yoxlanılmalıdır. Ona görə də Milad bayramınadək “Boeing 737 Max” təyyarələrinin istismara qayıtması ehtimalının minimuma endiyi qeyd olunur.

Bununla yanaşı, Avropa ölkələri yeni proqram təminatını və MCAS (Maneuvering Characteristics Augmentation System – Manevr Xüsusiyyətlərini Artırma Sistemi) hərtərəfli yoxlamağın zəruri olduğunu irəli sürüblər ki, bu da təyyarələri yanvar ayınadək uçuşlara cəlb edilməməsi deməkdir.

“Boeing” şirkətindən sözügedən görüşə dair şərh vermək istəməyiblər. FAA-dan isə “Boeing 737 Max”lara dair bütün yenilənmələri hərtərəfli yoxladıqlarını, bu zaman hər hansı vaxt cədvəli gözləmədiklərini qeyd edib. (Report)