XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2019 - 14:49

ABŞ-da mindən çox aviareys təxirə salınıb –"Dorian" qasırğasına görə

“Dorian” qasırğasının yaxınlaşması səbəbilə ABŞ-da 1054 uçuş təxirə salınıb.

Floridada əksər uçuşlar ləvğ edilib.

Fort Lauderdale, Orlando və Palm Beach-də yerləşən hava limanlarında da uçuşların yarıdan çoxunun ləğv olunduğu bildirilib.

“Dorian” beşinci – ən təhlükəli kateqoriyaya qədər güclənib. Florida, Corciya, Cənubi və Şimali Karolina ştatlarında fövqəladə vəziyyət elan edilib. Corciya və Cənubi Karolinada 1,4 milyon insanın evakuasiya olunacağı bildirilib.

Qeyd edək ki “Dorian” bu mövsüm dördüncü qasırğadır. Əvvəlki üç qasığadan yalnız birində – “Barry” qasırğası zamanı bir nəfər həlak olub. (APA)