XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2019 - 15:29

İran XİN başçısı:"Tehran nüvə sazişinə yenidən baxılmasının mümkünlüyünü rədd edir"

“Tehran İranın nüvə sazişinə yenidən baxılmasının mümkünlüyünü rədd edir”.

Bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif rusiyalı həmkarı Sergey Lavrovla keçirdiyi görüşdə bildirib: “Məsələ İranın nüvə sazişi ilə bağlı birgə hərtərəfli fəaliyyət planına yenidən baxılmasında deyil. Çünki bu “Pandora qutusu”nu açmaq və yenidən bağlamaq mümkün deyil”.

İran XİN başçısı Tehranın Rusiya və Çinə nüvə sazişi ilə bağlı birgə hərtərəfli fəaliyyət planının qorunub saxlanılmasında əsas tərəfdaş kimi baxdığını söyləyib: “Avropadan olan tərəfdaşlarımız isə sazişin qorunub saxlanılması üçün yetərli işlər görmür. Bizim Rusiya və Çinlə münasibətlərimiz nüvə sazişi ilə bağlı birgə hərtərəfli fəaliyyət planının digər üç Avropa ölkəsi ilə münasibətlərindən fərqlənir. Hesab edirik ki, İran, Rusiya və Çin nə nüvə sazişi ilə bağlı birgə hərtərəfli fəaliyyət planından qabaq, nə də sonra əməkdaşlığı dayandırmayıblar. Ona görə də Rusiya və Çinə bu sazişin həyata keçirilməsində bizə yardım edən tərəfdaş kimi baxırıq.  Təəssüflər olsun ki, avropalılar tərəfindən bu cür yanaşmanı görmədik. Onlar saziş çərçivəsində öz üzərlərinə düşən öhdəliyinin yerinə yetirilməsi üçün vacib tədbirləri görmək istəmədilər, ya da bu tədbirləri görmək vəziyyətində deyildilər”. (APA)