XƏBƏR LENTİ

26 Yanvar 2021

Digər Xəbərlər

02 Sentyabr 2019 - 15:49

Səfir:"Ölkəmizdə Amerika raketləri olmayacaq"

Avstraliya öz ərazisində orta məsafəli raketlər yerləşdirməyəcək.

Trend-in məlumatına görə, bunu Avstraliyanın Rusiyadakı səfiri Qreym Mihan deyib.

O bildirib ki, ABŞ bu məsələ ilə bağlı müraciət etsə belə, Avstraliya raketləri yerləşdirməyəcək:

“Bizim müdafiə nazirimiz də, baş nazir də raketlərin olmayacağını deyib. Əlbəttə, 5 və ya 10 ildən sonra yeni hökumətin nə qərar qəbul edəcəyi məlum deyil, amma baş nazir raketlərin yerləşdirilməyəcəyini açıq-aşkar bildirib”.