XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

02 Sentyabr 2019 - 17:22

Qazaxıstan Prezidenti istifadə olunmayan torpaqların geri alınmasını tələb edib

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev dövlətdən pulsuz əldə edilən və istifadə olunmayan kənd təsərrüfatı təyinatlı torpaqların geri qaytarılması barədə məsələ qaldırıb.

Azərtac Kazinform agentliyinə istinadla xəbər verir ki, bu tələbi Qazaxıstan Prezidenti xalqa müraciəti zamanı səsləndirib.

Tokayevin fikrincə, torpaqlar orada işləyən insanlara məxsus olmalıdır. O, hökumətə və parlamentə istifadə olunmayan torpaq sahələrinin geri alınması üzrə prosedur mexanizmlərini hazırlamağı tapşırıb. Prezidentin sözlərinə görə, bu məsələ öz həllini tapmadan kənd təsərrüfatının keyfiyyətli inkişafı mümkün deyil.

“Dövlətdən pulsuz torpaq alanların əksəriyyəti onu ehtiyat üçün saxlayır və orada işləmir. Bu gün ət istehsalatının artırılması problemi qaramalın azlığı ilə deyil, yem bitkiləri yetişdirmək üçün torpaq sahələrinin çatışmazlığı ilə bağlıdır. Ölkədə yem təminatı 60 faizdən də azdır”, – deyə dövlət başçısı vurğulayıb.