XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2019 - 18:17

Kaliforniya sahillərində gəmi yanıb –34 nəfər həlak olub

Kaliforniya sahillərində gəminin yanması nəticəsində 34 nəfər həlak olub.

“KTLA” telekanalının verdiyi xəbərə görə, 75 metrlik gəmi bu gün səhər saatlarında Santa Cruz adası yaxınlığında alışmağa başlayıb.

Məlumata görə, beş ekipaj üzvü gəmidən qurtulmağı bacarıb.

Ventura bölgəsinin rəsmiləri yangın nəticəsində 34 nəfərin həlak olduğunu təsdiqləyiblər.

Los-Anceles Sahil Mühafizə Xidməti isə “Twitter” səhifəsində məlumat verib ki, xilasetmə qrupları hadisə yerindədir və onlar gəmi batmadan yanğını söndürməyə çalışırlar. (apa)