Rusiya və Türkiyə hazırda Su-35 və Su-57 qırıcılarının alınmasına dair danışıqlar aparmır.
Bu barədə RİA Novosti agentliyinə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Yox. Biz hazırda F-35 proqramının bir parçasıyıq”, – deyə nazir Su-35 və Su-57 qırıcılarının alınması ilə bağlı Rusiya və Türkiyə arasında danışıqlara dair suala cavabında qeyd edib. (APA)