XƏBƏR LENTİ

05 Dekabr 2020
04 Dekabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2019 - 20:28

Dubay hava limanında genişləndirmə işləri dayandırılıb –Səbəb

Ötən il Dubay əmirliyinin iqtisadi artımı son səkkiz ilin minimum həddində olub.

“Bloomberg” xəbər verir ki, buna səbəb geosiyasi gərginlik və neftin ucuzlaşmasıdır. Həmçinin turizm sektorunda da 2017-ci ildən durğunluq özünü göstərir. Məhz bu səbəblər üzündən Əl Məqtum beynəlxalq hava limanında genişləndirmə işlərinin dayandırıldığını bildirilir.

İşlərin birinci mərhələsi 2030-cu ilədək təxirə salınnsa da, bəzi məqamlar hələ də sual altında qaldığından işlərin nə vaxt başa çatdırılacağı məlum deyil. Layihənin ümumi dəyəri 36 milyard dollardır. Genişləndirildikdən sonra hava limanından ildə 250 milyondan artıq sərnişinin istifadə edəcəyi güman olunur.

Qeyd edək ki, 2013-cü ildə açılan Əl Məqtum beynəlxalq hava limanı hazırda cəmi 11 hava yolu şirkətinə xidmət göstərir. Son illərdə buradan istifadə edən sərnişinlərin sayı beşqat artaraq 26,5 milyona çatıb.