XƏBƏR LENTİ

27 Noyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2019 - 22:29

Taliban ABŞ-ın sülh planı ilə razılaşıb –ABŞ-ın Əfqanıstan üzrə xüsusi elçisi

Birləşmiş Ştatların Əfqanıstan üzrə xüsusi elçisi Zalmay Xalilzad Taliban onun nəzarətindıə olan ərazilərin heç birindən terrorçular üçün sığınacaq kimi istifadə olunmayacağına “prinsipcə” razılıq verdiyini deyib.

Xalilzad sentyabrın 2-də AzadlıqRadiosuna eksklüziv müsahibəsində bildirib ki, Taliban habelə Əfqanıstandakı Qərb qüvvələrinin tədricən çıxarılması ilə razılaşıb.

Xalilzad bildirib ki, bu, Əfqanıstandakı vəziyyətdən asılı olacaq.

ABŞ diplomatı bildirib ki, Taliban sülh planının layihəsi ilə prinsipcə razılaşıb. Bu sazişə Əfqanıstanda “tam və daimi atəşkəs” müddəası da daxildir.

Lakin Xalilzad əlavə edib ki, indi bu razılaşma ABŞ prezidenti Donald Trump tərəfindən təsdiqlənməlidir.

Xalilzad deyib ki, o Əfqanıstan prezidenti Əşraf Qani, icra hakimiyyətinin başçısı Abdullah Abdullah və başqa vəzifəli rəsmilərlə danışıqları davam etdirməlidir.

Bundan əvvəl sentyabrın 2-də Əfqanıstan prezidentinin müşaviri Vahid Omər Twitter-də yazmışdı ki, Xalilzad Qaniyə razılaşma layihəsinin bir nüsxəsini təqdim edib.

Qaninin sözçüsü Sediq Sediqqi isə bildirib ki, Kabul hökuməti razılaşmanın təfərrüatlarını “öyrənməli və qiymətləndirməlidir”. (azadliq.org)