XƏBƏR LENTİ

26 Oktyabr 2020

Digər Xəbərlər

02 Sentyabr 2019 - 23:28

BMT-dən Hindistana çağırış:"Assam sakinlərini vətəndaşlıqdan məhrum etməyin"

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi Hindistan rəsmilərini ölkənİn şimal-şərqində yerləşən Assam ştatında heç kəsin apatrid, yəni vətəndaşsız olmaması üçün tədbirlər görməyə çağırır.

Bu yaxınlarda təxminən 2 milyon insanın əlindən Assam vətəndaşlığı geri alınıb və onlar risk altındadır.

BMT-nin qaçqınlar agentliyi (UNHCR) Hindistanın kimin Hindistan vətəndaşı olub-olmadığına qərar verməklə bağlı suveren haqqını və səlahiyyətini sual etmir. Lakin agentlik insanların vətəndaşlıqlarının ləğv olunmasının və onların vətəndaşsız olmalarının böyük narahatlıq doğruduğunu bildirir.

Agentliyin sözçüsü Babar Baloç bildirib ki, bunun baş verməsinin qarşısını almaq üçün bütün tədbirlər görülməldiir.

“Bizim Hindistandan tələbimiz odur ki, UNCHR-ın mandatına müaviq qaydada hüquqi yardım və məlumata adekvat çıxış təmin olunsun və beynəlxalq standartlara riayət olunsun ki, insanlar vətəndaşsız qalmasın”, o deyib.

İnsanlara regional kvazi-rəsmi qurumlara vətəndaş olduqlarını sübut etmələri üçün 120 gün vaxt verilib. Qeyi-qanuni immiqrant hesab olunanlar yüksək instansiyalı məhkəmələrə apellyasiya şikayəti verə bilər.

Baloç deyib ki, bu prosesin hansı nəticələr verəcəyini bilmək hələ tezdir, lakin o, düzgün məlumata və sənədlərə çıxışları və apellyasiya prosesini başlatmaq üçün kifayət qədər maddi imkanları olmayan insanların vətəndaşsız qalacaqlarından narahatdır.

UNHCR xəbərdarlıq edir ki, Assam ştatında 2 milyona yaxın insanın vətəndaşşsız qalmalarına gətirib çıxaracaq proses apatrid problemini aradan qaldırmaq üçün aparılan qlobal səylərə böyük zərbə vuracaq.

İdarə dünya boyu 10 milyon insanın vətəndaşsız olduğunu təxmin edir. Vətəndaşsız insanlar vətəndaşlara verilən hüquqlardan faydalanmır. Onların təhsil almaq, işləmək, səhiyyə xidmətlərindən istifadə etmək, doğum və ya nikahı qeydiyyatdan keçirmək hüquqları yoxdur.

UNHCR Hindistan rəsmilərini şəxsiyyəti təsdiq olunmayan heç kəsi həbs və ya deportasiya etməməyə çağırıb. Hindistan isə öz qərarının arxasında dayanır. Xəbərlərdə hökümətin bunu Banqladeşdən gələn sənədsiz immiqranları müəyyən edib deportasiya məqsədilə etdiyi deyilir. Bəzi tənqidçilər deyir ki, bu addım əksəriyyəti Banqladeşdən gələn milyonlarla müsəlman azlığı deportasiya etmək məqsədi daşıyır.

Banqladeş höküməti Assamdan deportasiya olunan heç kəsi qəbul etməyəcəyini bildirib.

Hazırda Banqladeşdə Myanma hökümətinin vətəndaşsız qoyduğu bir milyondan çox Rohinca qaçqını yaşayır. (Amerikanın Səsi)