XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Sentyabr 2019 - 09:00

Meksikada avtovağzala silahlı hücum:6 nəfər ölüb

Meksikanın Kuernavaka bölgəsindəki “Estrella de Oro” avtovağzalına silahlı basqın edilib.

Bu barədə Morelos əyalət Prokurorluğunun açıqlamasında qey edilib: “İlk məlumatlara görə, konkret olaraq stansiyadakı insanlara hücum olub. Təcili yardım xidmətləri beş nəfərin yerində öldüyünü təsdiqləyib, daha bir nəfər aldığı xəsarətlərdən dünyasını dəyişib”.

Dərhal yerli polisin, Milli Qvardiyanın əməkdaşları və hərbçilər hadisə yerinə cəlb ediliblər.

Qeyd edək ki, son bir həftə ərzində Morelos əyalətində 17 qəsdən adam öldürmə hadisəsi qeydə alınıb. Dövlət Təhlükəsizlik Komissiyası bölgədəki şiddətli cinayətlərin artmasını yerli cinayətkar dəstənin başçısı Santiaqo Masarinin son həbsindən sonra intensiv xarakter aldığını vurğulayıb. /APA