XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Sentyabr 2019 - 09:00

Kütləvi qətl törədənlərin edamı haqqında qanun layihəsi hazırlanıb –ABŞ-da

ABŞ-ın Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqi haqqında qanun layihəsini hazırlayıb.

“Ədliyyə Nazirliyi kütləvi qətllərdə təqsirkar olan şəxslər üçün ölüm cəzasının tətbiqini sürətləndirməyə icazə verən qanun layihəsini hazırlayıb”, – deyə ABŞ-ın Vitse-Prezidentinin Aparat rəhbəri Mayk Pensbildirib.

O, qeyd edib ki, bu Ağ Evin Konqresə təklif edəcəyi final paketinin bir hissəsi ola bilər.

Sentyabrın 1-də bildirilirdi ki, Texasda naməlum şəxs Midlend Odessa şəhərləri arasındakı magistral yolda onun avtomobilini saxlamış polis əməkdaşına atəş açıb. Cinayətkar sonra Odessanın küçələrində dinc vətəndaşlarıgüllələməyə davam edib.

Polis zabitləri ilə atışma zamanı cinayətkar zərərsizləşdirilib. Hücum nəticəsində 5 nəfər həlak olub, daha 21 nəfər xəsarət alıb. /Report