XƏBƏR LENTİ

24 Yanvar 2021
23 Yanvar 2021

Digər Xəbərlər

03 Sentyabr 2019 - 11:26

Rusiyaya buraxılmayan senatorlar Ukraynaya gedir

Rusiyanın viza vermədiyi iki ABŞ senatoru Konqresin nümayəndə heyətinin tərkibində Ukrayna, Serbiya və Kosovoya səfər edəcəklərini deyirlər.

Senator Kris Merfi tvitində yazıb ki, “Rusiya bizi ölkəyə buraxmadı, ancaq Senator Ron Conson və mən bu həftə Ukrayna, Serbiya və Kosovoya gedəcək, Ukraynanın yeni hökumətinə, Belqrad və Priştina arasında dialoqun davam etdirilməsinə hər iki partiyanın dəstəyini nümayiş etdirəcəyik”.

Ron Conson konqresmenlərin Ukrayna qrupunun həmsədridir.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova avqustun 28-də jurnalistlərə deyib ki, siyahı Birləşmiş Ştatların Rusiya deputatlarına qarşı “əsassız məhdudiyyətlərinə” cavab olaraq hazırlanıb.

Kremlin tənqidçiləri olan Merfi və Conson avqustun sonunda Rusiyanın onlara viza vermədiyini açıqlayıblar. (azadliq.org)