XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Sentyabr 2019 - 13:51

Ermənilər Köçəryanın azadlığa buraxılmasını tələb edir –Yerevanda daha bir aksiya

Ermənistanın keçmiş prezidenti Robert Köçəryanın ona qarşı irəli sürülən ittihamların Konstitusiyaya uyğunluğu barədə müraciəti ilə bağlı Yerevanda iclas keçirən Konstitusiya Məhkəməsinin binası qarşısında mitinq başlayıb.

TASS xəbər verir ki, R.Köçəryanın 100-dək tərəfdarı onu dərhal azadlığa buraxmağı tələb edir.

Xatırladaq ki, iyunun 25-də Apelyasiya Məhkəməsinin qərarı ilə həbs edilən R.Köçəryana qarşı 2008-ci il prezident seçkilərindən sonra kütləvi iğtişaşlarla bağlı Konstitusiya quruluşunu devirmək və külli miqdarda rüşvət almaq ittihamları irəli sürülüb/Report.