XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

03 Sentyabr 2019 - 19:16

Rusiyada bu dəfə sərnişin təyyarələri toqquşdu –Aeroportda

Moskvanın “Şeremetyevo” aeroportunun uçuş-eniş zolağında iki təyyarə toqquşub. 

TASS  xəbər verir ki, insidentdən sonra sərnişinlərin təxliyəsi həyata keçirilib.

Agentliyin məlumatında bildirilir ki, “Royal Flight” və “Aeroflot” aviaşirkətlərinə məxsus olan sərnişin təyyarələrinin qanadları toqquşub.

Birinci təyyarə boş olub, lakin digəri Pekinə olan reysi yerinə yetirmək üçün zolaqda hərəkət edirmiş. Hazırda aeroportun texniki personalı təyyarələri buksirlə kənara çəkib və onları müayinə edirlər. Pekinə uçan sərnişinləri isə başqa təyyarəyə mindirirlər.

İnsident nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur/Azərtac.