XƏBƏR LENTİ

30 Noyabr 2020
29 Noyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2019 - 09:00

ABŞ-da Sülh Nazirliyi yaradılacaq –Təklif

ABŞ-da 2020-ci il prezident seçkilərində demokratlardan prezidentliyə namizədliyini irəli sürmək istəyən yazıçı Marianna Uilyamson ölkədə yeni nazirliyin – Sülh Nazirliyinin yaradılmasını təklif edib.

Yazıçının “The Washington Post” nəşrində dərc olunan siyasi məqaləsində deyilir ki, nazirlik Amerika cəmiyyətində köklənmiş zorakılıq mədəniyyəti problemini həll etməlidir.

“Təklif edirəm ki, ABŞ-ın Sülh Nazirliyi münaqişələrin həllinə, ədalətin həyata keçirilməsinə, zorakılığın qarşısını almağa, yaşanan travmaların sağalmasına kömək edən bir təhsil sistemi yaratmağa yönəlmiş fəaliyyətləri əlaqələndirsin və nəzarətə götürsün”.

Siyasətçinin planına görə, yeni qurum bu məqsədlər üçün minlərlə sülhməramlı yetişdirməlidir.

“Ölkəmizdə və xaricdə sülh mədəniyyətini tanıtmaq üçün hər cür səy göstərəcəyik” deyə o bildirib. /Report