XƏBƏR LENTİ

02 Dekabr 2020
01 Dekabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2019 - 09:06

Çin “New York Times” qəzetinə rəsmi xəbərdarlıq etdi –Honkonq hadisələri haqda yanlış məlumatlara görə

Çin Xarici İşlər Nazirliyi Çin əleyhinə fəaliyyət göstərənlərin müsbət imicini formalaşdırmaqla Honkonqda baş verən hadisələr haqqında yanlış məlumatlar yayan “New York Times” qəzetinə xəbərdarlıq edib.

Strateq.az AZƏRTAC-a istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin Honkonq xüsusi inzibati bölgəsindəki idarəsinin yaydığı bəyanatda qondarma “Honkonqun müstəqilliyi” radikal fikrini yayan, Çin mərkəzi hakimiyyətinə, Honkonq hökumətinə və polisinə ləkə atan Coşua VonqAleks Çou adlı radikal şəxslər haqqında saxta müsbət xarakterli məqalələrin narahatlıq doğurduğu bildirilib.

Bəyanatda ABŞ qəzetinin Honkonqda baş verən hadisələri səhv işıqlandırmasının mənfi nəticələr verə biləcəyi qeyd olunub, Çinin əleyhinə olan qüvvələr və “Honkonqun müstəqilliyi”nə çağıran radikal qruplar üçün platforma olan “New York Times”ın bu insanları çoxluq kimi təqdim etməkdən belə çəkinmədiyi vurğulanıb.

Bildirilib ki, qəzet Honkonqda dövlət və ictimai əmlakı zədələmək, polisə və günahsız insanlara hücum etmək kimi qanunsuz əməlləri yumşaq təqdim edir, gərgin fəaliyyət anlarında maksimum təmkin nümayiş etdirən asayiş keşikçilərini isə əsassız günahlandırır.

Çin Xarici İşlər Nazirliyinin Honkonq xüsusi inzibati bölgəsindəki idarəsi “New York Times” qəzetini Honkonq hadisələri barədə səhv mövqeyini təcili düzəltməyi və baş verənləri məsuliyyətli, obyektiv, bitərəf qaydada işıqlandırmağı tələb edib.