ABŞ-ın Meksikadakı səfirliyinin əməkdaşı Mexiko şəhərində basqına məruz qalıb.
Tapança ilə silahlanmış 61 yaşlı cinayətkar qadından təqribən 8 min dollar dəyərində Rolex markalı saatını əlindən alınıb. Bildirilir ki, o sonra hadisə yerindən qaçıb.
Hücum Mexiko şimal-qərbindəki Polanko rayonunda baş verib.
Araşdırma başlayıb, Meksikalı müstəntiqlərə ABŞ səfirliyinin işçiləri kömək edir. /Trend