XƏBƏR LENTİ

25 Yanvar 2021
24 Yanvar 2021

Digər Xəbərlər

04 Sentyabr 2019 - 11:01

Fransa İrana 15 milyard dollarlıq kredit planı hazırlayıb –Tramp təsdiqləməlidir

Fransa bu ilin sonunadək İrana neft əvəzinə 15 milyard dollarlıq kredit təklif etməyi nəzərdən keçirir.

Bundan ötrü Tehran 2015-ci il nüvə sazişinə sadiq qalmalıdır. Təklif hazırda Vaşinqtonun təsdiqini gözləyir. Məlumatı “Reuters” Qərb və İran mənbələrinə istinadla yayıb.

Fransanın Xarici işlər naziri Jan-İv Le Drian agentliyə deyib ki, kredit xətləri üzrə danışıqlar gedir, amma ABŞ Prezidenti Donald Tramp əvvəlcə bunu təsdiqləməlidir.

Nazirin sözlərinə görə, “bu kredit xətti üçün birincisi, İran nüvə sazişinə qayıtmalı, ikincisi, Körfəzdə təhlükəsizlik təmin olunmalı, regional təhlükəsizlik və post-2025 (nüvə proqramı) üzrə danışıqlar başlanmalıdır”.

Tramp ötən il nüvə sazişindən çıxaraq İrana sanksiyaları bərpa edib. Bundan sonra Tehran da nüvə sazişi öhdəliklərini məhdudlaşdırdığını açıqlayıb.

Vaşinqton “maksimum təzyiq” siyasəti aparır. Tramp bildirir ki, sanksiyaları İran rəsmiləri ilə istənilən görüşdən öncə qaldırmayacaq.

İran tərəf əvvəlcə sanksiyaların ləğvini, sonra danışıqların başlanmasını tələb edir. (azadliq.org)