XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

04 Sentyabr 2019 - 11:13

Zelenski konstitusiyaya dəyişikliklərə çalışır –Deputatlar üçün daha sərt qaydalar tətbiq olunacaq

Ukrayna Prezidenti Vladimir Zelenski sentyabrın 3-də parlamentin gündəliyinə daha üç qanun layihəsi sala bilib.

Bu layihələr nəticəsində konstitusiyaya, parlamentin tərkibinə dəyişiklər olunacaq, deputatlar üçün daha sərt qaydalar tətbiq olunacaq.

Layihələrin birində deputatların sayının 33 faiz azaldılaraq 300-ə salınması, səlahiyyət müddətinin 5 ilə salınması nəzərdə tutulur. Layihəni 258 deputat dəstəkləyib və Konstitusiya Məhkəməsinə göndərilib.

279 deputatın dəstəklədiyi ikinci layihədə isə deputatların səsvermədə iştirak etməməsi, iclaslara üzrsüz səbəbdən qatılmaması, vəzifədə ikən vətəndaşlıqdan imtinası, başqa bir ölkənin daimi vətəndaşına çevriləcəyi halda mandatının alınması nəzərdə tutulur.

Üçüncü qanun layihəsi isə sıravi vətəndaşların parlamentə qanunvericilik təqdim etməsini nəzərdə tutur.

Hazırda prezident, Nazirlər Kabineti və parlament üzvləri qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər.

Zelenskinin təklif etdiyi daha bir konstitusiya düzəlişi sentyabrın 3-də qəbul olunub, deputatların toxunulmazlığı ləğv edilib.

Prezidentin “Xalqın qulluqçusu” partiyası 450 yerlik parlamentdə 254 yerə sahibdir. (azadliq.org)