XƏBƏR LENTİ

25 Noyabr 2020
24 Noyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2019 - 11:31

Gürcüstanda bəzi nazirlər dəyişdirilir- Yeni namizədlərin adları açıqlanıb

Gürcüstanın Baş Naziri Mamuka Baxtadzenin istefasından sonra bəzi nazirlərin dəyişəcəyi gözlənilir.

Azərtac xəbər verir ki, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyası Daxili İşlər və Müdafiə nazirlərini, eyni zamanda, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi vəzifələrinə yeni namizədlərinin adlarını açıqlayıb.

Hazırkı Müdafiə naziri Levan İzoria Təhlükəsizlik Şurasının katibi və kəşfiyyat xidmətinin rəisi, sabiq Baş Nazir İrakli Qaribaşvili Müdafiə naziri, Dövlət Təhlükəsizlik Xidmətinin sədri Vaxtanq Qomelauri isə Daxili İşlər naziri vəzifəsinə irəli sürülüb. DTX rəisinin birinci müavini Qriqol Liluaşvili isə bu qurumun rəhbəri vəzifəsinə gətirilir.

Qeyd edək ki, hakim partiya namizədlərin siyahısını parlamentə təqdim edib.