XƏBƏR LENTİ

23 Oktyabr 2020
22 Oktyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2019 - 11:34

Honq Konq lideri:"Seçimim olsaydı, istefa verərdim"

Honq Konqun baş icraçısı Karri Lam deyir ki, qızğın anti-hökumət nümayişləri qarşısında o vəzifəsindən istefa vermək fikrində deyil.

Eyni zamanda o, Çin liderlərinin onu işi tərk etməkdən saxlaması haqda dolaşan xəbərləri rədd edib.

Lam ötən həftə Reuters xəbər agentliyinin əldə etdiyi audionu şərh edib. Biznes liderləri ilə görüşü əks etdirən audioda Lam deyir ki, “seçimi olsaydı”, hökumətin addımlarına görə üzr istəyər, istefa verərdi.

Görüşdə Lam təqdim etdiyi qalmaqallı ekstradisiya qanununun xaosa səbəb olduğunu bildirib.

Lakin Lam müxbirlərə deyib ki, o, heç vat Çin liderləri ilə istefasını müzakirə etməyib.

Pekinin onun istefasının qarşsını alıb-almadığı haqda sualı cavablandıran Lam deyib ki, o, mərkəzi hökumətə istefa ərzisəi təqdim etməyib.

Honq Konq sakinləri deyirlər ki, audio sübut edir ki, politoloqların və etirazçıların dediyi kimi, Honq Konqun ayrı konstitutsiyasına baxmayaraq, şəhəri Pekin idarə edir. O səbəbdən də siyasi böhranın həll yoları Pekindədir.

Honq Konqda Çin idarəçiliyinə qarşı baş qaldıran etirazlar 1989-cu ildə Tiannanmen meydanındakı qırğına oxşar hadisənin baş verəcəyinə dair qorxuları artırıb. Həmin vaxt hökumət qüvvələri Çində demokratiya tələbi ilə etiraz edən kütlələri gülləbaran edərək yüzlərlə adamı qətlə yetirmişdilər. (amerikaninsesi.org)