XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

04 Sentyabr 2019 - 14:08

Ermənistan Rusiya müxalifətçisinə siyasi sığınacaq verib

Ermənistanın miqrasiya xidməti Rusiya müxalifətçisi, ictimai-siyasi xadim Vitali Şişkinə qaçqın statusu və sığınacaq verib.

Xidmətin bu barədə bəyanatında deyilir ki, Rusiya Federasiyasına qaytarılacağı təqdirdə Şişkinin həyatına real təhklükə yarana bilərdi.

Şişkinin özü bu barədə deyib:

“Mən Ermənistanda qaçqın statusunu Rusiyada siyasi motivlərlə təqib olunduğuma görə almışam. Qaçqınlığın müxtəlif növləri var. Məsələn müharibə qaçqını kimi. Amma mən əvvəlcədən keçmiş siyasi məhbus kimi siyasi sığınacaq almağa çalışırdım”.

Azatutyun yazır ki, Şişkin Ermənistana 6 ay bundan əvvəl – 2019-cu ilin 22 yanvarında gəlib.

Onun sözlərinə görə, son dəfə Ermənistanda 2011-ci ildə olmuşdu və o vaxtdan bəri ölkə xeyli dəyişib.

O 2019-cu ilin yanvarında həbsxanadan çıxan kimi Ermənistana gəlib. Özünün dediyinə görə siyasi motivlərlə həbs olunaraq 4 il həbsxanada saxlanıb:

“Mənim xarici pasportumun müddəti qurtarmışdı. Mən yeni pasport almaq istəyəndə pasport masasındakı qızlar mənə dedilər ki, mənə pasport müstəsna olaraq Federal Təhlükəsizlik Xidməti tərəfindən verilə bilər. Buna görə də mən Ermənistandan başqa heç yerə gedə bilməzdim. Burada bir əvvəl çox gözəl hadisələr baş vermişdi. Mən də düşündüm ki, indi bura əvvəlkindən tamamilə fərqli ölkədir”.

Şişkinin dediyinə görə, ona hazırda Rusiyada axtarış elan olunub.

Lakin Ermənistan Baş Prokurorluğundan Azatutyuna bildiriblər ki, Şişkin bu axtarış əsasında aşkar olunub həbs edilmədiyinə görə, onun təslim edilməsi barədə heç bir ölkədən müraciət olunmayıb.

Amma Rusiya müxalifətçisi deyir ki, Ermənistana gəldiyi günün ertəsi vətənində ona qarşı bir neçə maddə üzrə ittiham irəli sürülüb. Şışkin bildirir ki, bu ittihamlardan biri də onun qanunsuz olaraq Ermənistana gəlməsidir.

Şışkin Ermənistandan başqa ölkəyə gedə biləcək

Azatutyun yazır ki, miqrasiya xidməti Şışkin barədə təfərrüatlı məlumat vermək istəməyib.

Xidmətdən bunun şəxsi informasiya olduğunu bildiriblər.

Bu da qeyd olunur ki, Ermənistan Respublikasının “Siyasi Sığınacaq Haqqında Qanunu” ilk dəfə Şışkinə tətbiq edilib.

Şışkin Rusiya mediasında onun barəsində yayılan xəbərləri təbliğat adlandırır.

Azatutyun yazır ki, indi Şışkin Ermənistanda qaçqın pasportu ala və istədiyi xarici ölkəyə gedə bilər.

Lakin o buna qədər Ermənistanda Qaregin Njdeyə həsr edilmiş kitabının təqdimatını təşkil edəcək.

Bu da qeyd olunur ki, Rusiya Memorial insan haqları təşkilatı Şışkini siyasi məhbus kimi tanımışdı. (azadliq.org)